2020-10-16 11:33

TƏBİB: “Həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar”

"Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir”.

Pressa-nın verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB-in həmin ərazilərdə xüsusi həkim briqadaları var:

"Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var. Lakin biz koronavirusla mübarizəni unutmamalıyıq.

Bir həkimin yoluxması 14 gün fəaliyyət göstərə bilməməsi deməkdir. Koronaviruslu xəstələrin həkimlərə ehtiyacı var. Bunu nəzərə alaraq, həkimlər də özlərini qorumalıdır ki, pandemiya xəstəxanaları xəstələrlə dolmasın”.
SON XƏBƏRLƏR


Yuxarı