2020-10-19 17:21

Pandemiya dövründə “Sağlam Təhsil” sinifləri

Ölkədə pandemiya ilə əlaqədar olaraq məktəblərdə tədris fərqli formada keçirilir. Elə "Sağlam təhsil” siniflərində də Covid-19 pandemiyası şəraitində tədris prosesinin təşkili ilə bağlı bir sıra yeniliklər tətbiq edilir.

Pandemiya ilə əlaqədar olaraq "Sağlam Təhsil -Sağlam Millət” layihəsi çərçivəsində aparılan işlər təhsilalanların sağlamlığı, təhlükəsizliyi və səmərəli fəaliyyət imkanlarının nəzərə alınması ilə bağlı lazım olan şərait yaradılıb. Layihənin həkim mütəxəssisləri tərəfindən müəllim və valideynlərlə sanitar-epidemioloji sağlamlığın qorunması ilə bağlı maarifləndirmə işləriaparılır. Siniflərdə hər parta arxasında bir şagird oturur və şagirdlər arasındakı məsafə hər tərəfdən 1.5 metr təşkil edir. Qaydalara əsasən , şagirdlər həmişə eyni partadan istifadə edirlər. Sinif otaqlarında hər növbənin dərs müddəti başa çatdıqdan sonra dezinfeksiya işləri aparılır.

Müəllimlər şagirdlərə düzgün gigiyena vərdişlərinədiqqət yetirirlər. Şagirdlər tez-tez sinifdə olan əlyuyan vasitəsilə əllərini yuyurlar.

"Sağlam təhsil” siniflərinin dizaynında yer alan avadanlıqlarından biri də turnikdir. Bu siniflərdə təhsil alan şagirdlərinin tənəffüs zamanında turniklərdə dartınma hərəkətləri etmək imkanı var. "Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiq olunduğu məktəblərdə tərdis ili müddətində şagirdlərin sağlamlığı, hərəkətliliyin təbliğinə yönəlmiş təhsil texnologiyaları tətbiq edilir.

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə "Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi "Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

SON XƏBƏRLƏR


Yuxarı