2020-10-20 12:11

Ölüm heç də hər zaman qovuşmaq demək deyil...

İntihar vəziyyətinə çatana qədər valideynlər nəyə və hara baxır? Son günlər sosial şəbəkələrdə dövrün "İlham və Fərizə"sini, yəni Mehdi ilə Mələk eşqinin acı taleyi barəsində yazılanların dönüb dolaşdığını çox görürdüm. Nişanlı,evli, sevgili,yaxud bir başqa ünvan bizə lazım deyil, sevgini gördüyümüzdə bizə əsas odur. Kimisi sadəcə sevər, kimisi isə ona görə canından keçər. Məcnun(dəli) kimi sevmək buna deyərlər yəqin... Özünü öldürmək də çox sevginin işarəsi deyil, bu mövzu çoxşaxəlidi (lakin burada çox danışmağın mənası yoxdur) Sözüm valideynlərə, dostlaradır (Dostlar da bir insanın ailəsindən sonra onlara yaxın olan ikinci ailəsi kimidir): 

Belə bir acı xəbər verdikdə qarşındakı insanın ağlı başında olmaya bilər və hər an dəlilik edə bilər. Onunla danışmaq, ağrısını yüngülləşdirmək lazımdır. "Tək qalsın bir az özünə gəlsin sakitləşər zamanla unudar" deyə bir şey yoxdur. Bu düşüncənin üstündən xətt çəkin! Onun barəsində ürəkağrıdan şeylər danışıb daha da coşdurmaq, odun üstünə daha da köz atmaq yox. 

Valideynləri və dostları bu məqamda ayıq-sayıq olmağa çağırıram. Çünki, intihara meyil edən zaman insanın ağlı başında olmaz, şeytan onu aldadar düzgününün bu olduğuna inandırar. 

Dinimizdə intihar edəni Allahın sevmədiyini , ən böyük günahdan olduğunu bilirik. Bəlkə intihar edən bunu çox gözəl bilir, lakin neyləyəsən, qismət! Burda mən o qızı günahlandıra bilmirəm, lakin belə də olmaya bilərdi. Ölüm heç də hər zaman qovuşmaq demək deyil... 

Ümidvaram ki, bu ən çox da valideynlər və özünə əsl dost deyənlər üçün açıqlayıcı oldu. Keçib gedər deməyin, gördüyünüz kimi keçib gedən "ağrı" yox, "can" olur! 

Hörmətlə,Aslan Abbaszadə
SON XƏBƏRLƏR


Yuxarı