2020-10-22 17:26

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Pressa-ya bildiriblər ki, Türkiyənin "Haber Global”, "CNN Türk”, "A Haber”, həmçinin Rusiyanın "Pervıy Kanal”, "NTV”, "Rossiya-1” və "Rossiya-24” telekanalları "ASAN Könüllüləri” Təşkilatının "Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.

Layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan bayrağının dalğalanacağına əminlik nümayiş olunub.

Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb. Bu çərçivədə bütün "ASAN xidmət” mərkəzlərindəki terminallar vasitəsilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.
SON XƏBƏRLƏR


Yuxarı