2020-10-23 15:32

İsrail rəsmisi ermənilərin raket atdığı Mingəçevirə baş çəkdi

Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan” İES-də olub.

Bu barədə "Azərenerji” ASC-dən məlumat verilib.

Səfir Corc Dik stansiyanın ərazisini gəzərək, raket düşən yerlərlə tanış olub. 

Səfər zamanı "Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.

Sonra səfir "Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

Qeyd edək ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballestik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib və iki ədəd raket hissəsi oktyabrın 4-də və 11-də "Azərbaycan” İES-in ərazisinə düşüb.
SON XƏBƏRLƏR


Yuxarı