2020-10-23 18:06

"esgeremektub.az" saytı ictimaiyyətə təqdim olunub

Oktyabrın 23-də "ASAN Könüllüləri” Təşkilatının "Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Pressa-ya bildiriblər ki, yeni sayt vasitəsilə vətəndaşların "ASAN xidmət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.

Həmçinin istifadəçilər müvafiq sayt vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında "ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.
SON XƏBƏRLƏR


Yuxarı