2020-11-02 15:57

Kontinental “Johnson & Johnson” şirkətindən imtina etdi

"Kontinental” Supermarketlər Şəbəkəsi "Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.

Bu barədə Supermarket şəbəkəsinin instagram hesabında məlumat yerləşdirilib.

"Kontinental” Supermarket şəbəkəsi digər supermarket şəbəkələrinin başladığı təşəbbüsə qoşulmuş, "Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan çıxarmışdır.

"Johnson & Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Azərbaycan ərazi bütövlüyünə qarşı edilmiş hörmətsizliyə görə "Kontinental” Supermarketlər şəbəkəsi bu addımı atıb.
SON XƏBƏRLƏR


Yuxarı