2020-11-12 10:46

Çavuşoğlu: "Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək"

"Atəşkəsə nəzarət mərkəzinin işində Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”.

Pressa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək:

"Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.
SON XƏBƏRLƏR


Yuxarı