2020-11-12 15:57

İşğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu - VİDEO

ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu oldu.

Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

Operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

SON XƏBƏRLƏR


Yuxarı