2020-11-20 12:28

21 əsgər yoldaşının həyatını xilas edən şəhid Əsədin qəhrəmanlığı - FOTO

Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Bakı şəhəri Nizami rayonunda anadan olub. noyabrın 9-da işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olub. 

Pressa-nın məlumatına görə, o, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub. Hərbçi yoldaşlarının sözlərinə görə, qəhrəman şəhidimiz 21 yaralı əsgər yoldaşının həyatını xilas edib. Eyni zamanda mənfur ermənilərin 1 tankını məhv. Əsədin döyüşdə olan dostları deyirlər ki, qəhrəman şəhidimiz hətta öz silah sursatı bitdikdə belə geri qayıtmayıb. Yaralı əsgər yoldaşları bildirib ki, Əsəd öz canın təhlükəyə ataraq silahsız ermənilərin üzərinə gedərək düşmənin 7 hərbçisini əlbəyaxa döyüşdə məhv edib, onların "Uralmarkalı maşınını ələ keçirərək yaralı yoldaşlarını xilas edib. Hərbçi yoldaşlarının sözlərinə görə, Əsədin hər sözü, hər kəlməs şəhidlikdən idi.

P.S. Bu cür qəhrəmanlıq göstərən vətən oğullarını hər kəs tanımalıdır. Əziz şəhidlər! Allah sizə rəhmət eləsin! Biz sizi heç vaxt unutmayacağıq. Siz ona görə xoşbəxtsiniz ki, qanınız, canınız hesabına qaytarılan torpaqların üzərində yeriyən hər bir Azərbaycan vətəndaşı daim sizi anacaq. Eşq olsun Azərbaycan Ordusuna, Yaşasın Azərbaycan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!

SON XƏBƏRLƏR


Yuxarı