2021-01-06 17:23

Koronavirusun “Nigeriya ştammı”nın əsas təhlükəsi açıqlandı

Koronavirusun Nigeriyada tapılan yeni növünün daha yüksək patogenliyi ola bilər.

"Express” bu barədə virusoloq Sandeya Omnilabaya istinadən məlumat yayıb.

"Klinik baxımdan deyə biləcəyimiz şey ondan ibarətdir ki, xəstəliyin daha şiddətli əlamətləri və simptomları olan daha çox insan var”, - deyə o qeyd edib.

Virusoloqun sözlərinə görə, bununla yanaşı, yeni ştamm əvvəlki variantlardan daha yüksək yayılma nisbətinə malikdir. Bir nəfər xəstəliyi eyni zamanda dörd və ya beş ailə üzvünə ötürə bilər.

Alimlər yeni mutasiyaların çox diqqətlə öyrənilməsinin tələb olunduğunu bildiriblər.

Xatırladaq ki, Nigeriyada koronavirusun yeni növünün ortaya çıxması dekabr ayının sonunda məlum olub.
SON XƏBƏRLƏR


Yuxarı