2021-01-11 12:37

Ronaldu bir qolla iki yeni rekorda imza atdı

İtaliya A Seriyasının 17-ci turu çərçivəsində "Sassuolo” ilə qarşılaşan "Yuventus”un hücumçusu Kriştianu Ronaldu növbəti uğura imza atıb.

Bu barədə "OptaPaolo” yazıb.

"Yuventus”un 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada fərqlənən Ronaldu dünyanın futbol üzrə ən güclü beş liqasında son 15 mövsümün hər birində ən azı 15 qol vurmuş yeganə futbolçu kimi tarixə düşüb.  

K.Ronaldu qarşılaşmada fərqlənməklə həmçinin karyerasındakı 759-cu qolunu vurub. Portuqaliyalı bununla da dünya tarixində rəsmi qarşılaşmalarda ən çox fərqlənən Yozef Bitsanın nəticəsini təkrarlayıb.
SON XƏBƏRLƏR


Yuxarı