2021-01-11 13:46

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Virtual məktəbdə bir gün” layihəsinə start verilir.

İdarədən verilən məlumata görə, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinləniləcək. Sonra layihə üzrə "Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılacaq.

Layihə çərçivəsində paytaxtın 12 inzibati rayonu üzrə məktəb direktorlarının iştirakı ilə distant tədris prosesini izləmək üçün dərs müşahidələrinin davamlı təşkili nəzərdə tutulur.
SON XƏBƏRLƏR


Yuxarı