2021-01-11 16:14

Adnan Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Türkiyədə "Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, "A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Pressa-nın verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə A. Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda "Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.
SON XƏBƏRLƏR


Yuxarı