2021-01-18 12:08

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

İndoneziyanın Sulavesi adasında zəlzələ və daşqınlarda ölənlərin sayı 96-ya çatıb.

"Sinhua” bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi agentliyinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində keçən həftə 6.2 bal gücündə zəlzələ və 5.9 bal gücündə təkanlar nəticəsində 81 nəfər ölüb.

14 yanvarda güclü yağışların yaratdığı daşqınlar Cənubi Kalimantan əyalətində 15 sakinin həyatını itirməsinə səbəb olub.

Qərbi Sulavesidə zəlzələ 1000-dən çox yaşayış binasını dağıdıb, təxminən 70 min adam evini tərk etmək məcburiyyətində qalıb. Vilayətdə xilasetmə işlərinin davam etdiyi bildirilir.
SON XƏBƏRLƏR


Yuxarı