2021-01-18 12:45

Azərbaycandan Çinə satılan məhsulların dəyəri nə qədər olub?

Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 846,6 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin həcmi 2019-cu ilin göstəriciləri ilə müqayisədə 15,5 faiz azalıb.

Pressa-nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il Azərbaycandan Çinə 432,8 milyon dollar dəyərindən məhsul ixrac edilib. İxrac həcminin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 42,5 faiz azalıb.

Həmçinin, ölkədən Azərbaycana 1 milyard 413,8 milyon dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 1,3 faiz azalıb.

2020-ci ildə ümumi ticarət dövriyyəsində Çinin payı 7,55 faiz təşkil edib. Çin Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliya, Türkiyə və Rusiyadan sonra ən çox ticarət əməliyyatları həyata keçirdiyimiz 4-cü ölkə olub.
SON XƏBƏRLƏR


Yuxarı