2021-01-21 11:51

Lerik və Yardımlıya gedən sürücülərin nəzərinə: Yollar buz bağlayıb

Yardımlı rayonuna 15 santimetr qar yağıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda sözügedən ərazilərə zəif qar yağır. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lerik rayonu ərazisində 20-25 sm qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib.

Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
SON XƏBƏRLƏR


Yuxarı