2021-01-21 11:58

Ötən il Azərbaycanda ölüm sayı 20 faiz artıb

2020-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin sayı 61 min 147 nəfər təşkil edib. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Məlumata görə, 2019-cu ildə bu göstərici 50 min 796 nəfər olub. 2019-cu illə müqayisədə ötən il göstəricilər 119,6 faiz təşkil edir.

Əhalinin hər 1000 nəfərinə 6,7 ölüm düşüb.
SON XƏBƏRLƏR


Yuxarı