2021-01-22 12:21

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi baş dövlət sanitariya həkiminin və ya  Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında, 2021-ci il fevralın 1-dən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.
SON XƏBƏRLƏR


Yuxarı