2021-02-13 11:22

4 aydan çox komada qalan əsgərimiz şəhidlik zirvəsinə ucalıb

Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.

Pressa xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

Allah rəhmət eləsin!
SON XƏBƏRLƏR


Yuxarı