2021-03-01 11:56

Tramp: “Bayden Administrasiyası bizi yenidən Əfqanıstana qaytarır"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin hazırkı rəhbəri Co Bayden və administrasiyası ölkəni hərbi qarşıdurmalara sürükləyir.

TASS agentliyi xəbər verir ki, D.Tramp bu barədə Florida ştatının mühafizəkar dairələrinin konfransında çıxış edərkən bildirib.

"Mənim vəzifəmdən getməyimə az qalmış, biz, əslində ardı-arası kəsilməyən müharibələri dayandırdıq. 19 il Əfqanıstanda olmuşuq və biz hakimiyyətdə olduğumuz müddətdə orada hərbi mövcudluğumuzu, demək olar ki, sıfıra endirdik. İndi eşidirəm ki, yeni administrasiya bizi Əfqanıstana qaytarmaq istəyir”, - deyən D.Tramp qeyd edib.

O, həmçinin əlavə edib ki, öz prezidentliyi dövründə Yaxın Şərqdə sülh müqavilələri imzalanıb, halbuki, heç kim bunu təsəvvür belə edə bilməzdi.
SON XƏBƏRLƏR


Yuxarı