2021-03-02 11:45

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanın ali məktəblərində 901 nəfər Azərbaycan vətəndaşı təhsil alır.

Pressa xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2020-2021-ci tədris ili üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların 402-si dövlət, 499-u isə özəl universitetlərin tələbələridir.

2019-2020-ci tədris ili ilə müqayisədə qonşu ölkənin universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb.

Hazırkı tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur.

Qonşu ölkənin ali təhsil müəssisələrində hazırda 14 617 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 9,7 % çoxdur.

SON XƏBƏRLƏR


Yuxarı