2021-03-02 18:01

"Azərpoçt"a yeni baş direktor təyin olunub

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.

Pressa-nın məlumatına görə, Əfqan Cəlilov bu vəzifəyə təyin edilib.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.

Ə.Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri, bu il fevralın 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində işləyib.

Qeyd edək ki, ötən ay Nazim Süleymanov "Azərpoçt"un baş direktoru müavini vəzifəsinə təyin edilmişdi.
SON XƏBƏRLƏR


Yuxarı