2021-03-03 11:38

Millət vəkili Vüqar Bayramov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonu Bala Bəhmənli kəndində şəhid polkovnik-leytenant Yaşar Sadiqovun ailəsini ziyarət edərək onlara mənəvi dəstək olub. 

Pressa xəbər verir ki, millət vəkili bu barədə öz facebook səhifəsində məlumat paylaşıb. Millət vəkili şəhidin atası və övladı ilə Yaşar Sadıqovun keçdiyi şərəfli həyat yolu barədə söhbət edib.

Qeyd edək ki, 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olan Yaşar Sadıqov 1991-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. 1995-ci ildə təhsilini başa vuraraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Şəhidimiz 2016-ci ildə Aprel döyüşlərində də iştirak edib. Yaşar Sadıqov Vətən müharibəsi zamanı ötən il oktyabrın 2-də Murovdağ istiqamətində qəhrəmancasına döyüşərək şəhid olub. Şəhidimiz nəşi əlverişsiz hava şəraitinə görə 148 gündən sonra ailəsinə təhvil verilib. O, fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!


SON XƏBƏRLƏR


Yuxarı