2021-03-15 11:16

Şağanda şəhid Orxanın adına tikilən bulağın açılışı olub - FOTO

Bakının Xəzər rayonunun Şağan qəsəbəsində şəhid Orxan Əliyevin adına tikilən bulağın açılışı olub. 

Pressa xəbər verir ki, əvvəlcə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulağın açılışı baş tutub. Bulağın açılışında icra hakimiyyətinin rəsmiləri, su kanal idarəsinin əməkdaşları, məscid axundu, şəhidin yaxınları və kənd sakinləri  iştirak edib.

Qeyd edək ki, Əliyev Orxan Ədalət oğlu 19.12.1991 tarixdə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı orduya könüllü olaraq xidmətə gedib. 16.10.2020 tarixində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Ailəlidir, 2 oğlan övladı var. 

Onu da bildirək ki, o, Qarabağ muharibəsinin Şağan qəsəbəsinin ilk şəhididir.

Məlumat üçün bildirək ki, bulaq şəhidin anasının təşəbbüsü ilə tikilib. Bulağın tikilişinə Rəhman, Qurban, Vüqar, Əlövsət, Zaur, Rasim, Ziyad, Murad və digərləri dəstək olublar.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR


Yuxarı