2021-03-16 11:47

Tanınmış Əhli-beyt məddahı Zahir Mirzəvini bıçaqlayan şəxs saxlanılıb

Tanınmış Əhli-beyt məddahı Zahir Mirzəvini bıçaqlayan 1985-ci il təvəllüdlü Saday Məmmədov tutulub.

Pressa xəbər verir ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

Fakta görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlayıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
SON XƏBƏRLƏR


Yuxarı