2021-03-29 11:56

“Neftçi”nin ulduz futbolçusu “Milan”dan və Balotellidən danışdı

"Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda "Milan” klubuna keçidi (2014 - 2017-ci illərdə) və Mario Balotelli barədə xatirələrini bölüşüb.

34 yaşlı yarımmüdafiəçinin fikirlərini "La Gazzetta dello Sport” nəşri dərc edib.

K.Honda bildirib ki, ona "Milan” klubundan zəng gələn kimi bir saniyə belə tərəddüd etməyib və İtaliya klubuna müsbət cavab verib.

"Xəyalımın reallaşmasına icazə verdiyi üçün Adriano Qallianiyə bu günə qədər minnətdaram. Lakin qeyd etməliyəm ki, klubda problemlər çox idi. "Milan”nın strategiyası yox idi, kluba üç aydan bir yeni məşqçi təyin edilirdi. Bu şəkildə nəticə əldə etmək mümkün deyildi”, - deyə K.Honda qeyd edib.

K.Honda Mario Balotellinin həmin vaxt istənilən səviyyədə çıxış etmədiyini də sözlərinə əlavə edib:

"Mario böyük istedada sahibdir, amma özünü inkişaf etdirmək üçün çalışmayıb. Mənə etibar etməyini, gündəlik proqramını dəyişməsini istədim. Bildirdim ki, ən yaxşı olmaq istəyirsənsə, daha çox məşq etməlisən. Ertəsi gün məşqə 40 dəqiqə tez gəldi. Növbəti gün də bu hərəkətini təkrarladı, amma üçüncü gün məşqlərə gecikməyə başladı”. 
SON XƏBƏRLƏR


Yuxarı