2019-01-18 16:11

Üz üçün soğan maskası – RESEPT

Çoxları hesab edir ki, üz üçün soğan maskası dəri üçün heç də ən yaxşı variant deyil. 

Əgər biz sizə desək ki, bu, kökündən yanlış münasibətdir?

LiderXeber.com Medpress.az-a istinadla bildirir ki, bu məhsul vitaminlərlə zəngindir, onun əsasında hazırlanan qarışıq isə bütün növ dəri üçün əlverişlidir.

Beləliklə, bizə baş soğan və limon lazımdır. Bundan əlavə, tənzif  (üç qat), yaxud üz üçün xüsusi örtük (burun və göz üçün dəlik ilə) lazım olacaq.

Soğanı təmizləyirik, iri doğrayıb əzirik. Alınan şirəni maska üçün istifadə etmək olar. O, yandıracaq, ancaq belə də olmalıdır. Tənzifi soğan şirəsi ilə nəmlədirik və tənzifi üzün dərisinə qoyuruq, 5-10 dəqiqə gözləyirik.

Nə üçün limon lazımdır: şirəsini sıxıb çıxarırıq və onu bərabər miqdarda soğan şirəsi ilə qatışdırırıq. Üz dərisi üçün maska kimi istifadə edirik.

Yeri gəlmişkən, şirəni, sadəcə üzə sürtmək də olar. Pambığı da şirəyə batıraraq üzünüzə sürtə bilərsiniz. Qurumasını gözləyin və yenə çəkin. Beləcə, dörd dəfə. Yarım saat sonra yuyunun. 

Belə maska dərini bərpa edir. Soğan şirəsi maskasını 5 gün dalbadal istifadə edin. Hər dəfədən sonra qidalandırıcı maskadan istifadə etməyi də unutmayın.
SON XƏBƏRLƏR


Yuxarı