2019-04-30 10:49

Bunlardan uzaq durun - Yoxsa tez qocalacaqsınız

Yaş ötdükcə, dərinin elastikliyini təmin edən kollagenin azalması nəticəsində onun nəm tutma qabiliyyəti azalır.

Nəticədə dəridə qırışlar, sallanma, mat görüntü, ləkələr kimi problemlər yaranmağa başlayır. Yaşlanma təbii bir prosesdir və onun qarşısını almaq mümkün deyil. Lakin, bəzi diqqətə alınmayan məqamlar var ki, bunlar vaxtından əvvəl qocalmaya səbəb olur.  

Pressa.az həmin məqamları təqdim edir:

1) "Qış günəşi yandırmır" deyərək qorunmamaq

Dermatoloqların bildirdiklərinə görə, qış aylarında ətraf mühitin ən zərərli təsirinin məhz günəş işığı olduğunu bildirirlər. Bundan əlavə qar dənələri günəş işıqlarını 50-90 faiz dəriyə ötürür. Bu səbəbdən də yalnız yayda deyil həm də qış fəslində (əsasən də qarlı havalarda) günəşdən qorunmaq lazımdır. Bunun səbəbi günəş işığının tərkibində olan zərərli şüaların dəridəki elastin və kollageni azaltmasıdır. Buna görə də yaxşı olar ki, SPF 30 və daha artıq kremlərdən istifadə etmək məsləhətdir.

2) Sağlamlığa əhəmiyyət verməmək

Sağlam dəri üçün ona mütəmadi olaraq qulluq etmək lazımdır. Lakin bundan əlavə, orqanizmin ümumi sağlamlığına da önəm verilməlidir. Məsələn, qanazlığı və vitamin əskikliyi dərinin solğunlaşmasına və qırışmasına səbəb olur.

3) Makiyajı üzdən təmizləmədən yatmaq

Makiyajın uzun müddət üzdə qalması dərinin qocalmasına gətirib çıxarır. Bunun səbəbi bu vasitələrin dəridə olan məsamələri bağlaması nəticəsində, sızanaq, çivzə, akne kimi problemlərin yaranmasıdır. Buna görə də gecə yatmazdan əvvəl üzünüzü xüsusi vasitələrlə makiyaj və yağdan təmizləməlidiniz.

4) Tərkibi məlum olmayan kosmetik vasitələrdən istifadə

Tərkibi məlum olmayan kosmetik vasitələrdən istifadə dəri üçün çox zərərlidir. Məsələn, kosmetikanın tərkibindəki günəş şüasının təsirindən dəridə ləkə yarada bilən bir kremin orqanizmə toksik təsir göstərir.

5) Həddən artıq soyuq və ya isti su ilə çimmək

Həddən artıq isti və ya soyuq su ilə duş almaq dərinin təbii nəmliyini aradan qaldırır. Bundan əlavə bu alışqanlıq bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur.

6) Suyu az, çay və qəhvəni çox içmək

Lazımı qədər su içməmək dərinin tonusunun azalmasına səbəb olur. Dəri sağlamlığı üçün gündə 8-10 stəkan su içməyi alışqanlıq halına salmaq lazımdır. Tərkibində olan vitaminlər və antioksidantlar sayəsində bitki çayları və qəhvə içmək orqanizm üçün faydalıdır. Ancaq faydalıdır deyə həddən çox istifadə etmək orqanizmə yalnız zərər verəcək.

7) Siqaret çəkmək

Siqaret və alkoqol istifadəsi dərini tez qocaldan əsas amillərdəndir. Nikotin dərinin üst təbəqəsində suyun saxlanmasını azaldaraq dərinin kollageninə təsir edərək qırışların əmələ gəlməsini artırır.
SON XƏBƏRLƏR


Yuxarı