2019-06-27 11:41

Sumqayıtda itkin düşən 18 yaşlı gənc tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən 18 yaşlı gənc Fuad İzzət oğlu Şirinov tapılıb.

Pressa-nın xəbərinə görə, bu barədə "Report”a gəncin ailə üzvləri məlumat veriblər.

"O, hazırda bibisigildədir. Biz də onu götürməyə gedirik. Ancaq gecə harada qaldığı barədə məlumatımız yoxdur. Hazırda vəziyyəti yaxşıdır”.

*** 10:59 ***

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb.

Pressa xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri bildiriblər ki, gənc evdən çıxarkən üzərində telefon olmayıb: "Qəsəbədə yerləşən"Qayalı”marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində"Qayalıt”market yazısı olan qırmızı köynək olub. Ailədə də heç bir problemi yoxdur. Polisə də müraciət etmişik”.

Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 - 66 - 62 nömrəli telefona zəng vurmaları xahiş edilir.

SON XƏBƏRLƏR


Yuxarı