2019-07-02 19:46

Ramil Şeydayev Moskva "Dinamo"su ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Pressa-nın məlumatına görə, 23 yaşlı hücumçu karyerasını Rusiyada davam etdirəcək. O, Moskva "Dinamo"su ilə danışıqları müsbət yekunlaşdırıb və 1 illik müqaviləyə imza atıb.

Artıq paytaxt təmsilçisi bununla bağlı rəsmi "Tvitter" səhifəsində paylaşım da edib.

Qeyd edək ki, Ramil Şeydayev son mövsümü Rusiyanın "Krılya Sovetov” klubunda keçirib.
SON XƏBƏRLƏR


Yuxarı