2019-07-16 12:30

Azərbaycan təbii qaz ixracını 83% artırıb

Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 664 611,71 min kubmetr həcmində təbii qaz ixrac edib.

Pressa-nın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1 047,680,8 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.

Bu ilin I yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.

SON XƏBƏRLƏR


Yuxarı