2019-08-07 10:34

Məşhur futbolçu karyerasını başa vurub

Uruqvay milli komandasının sabiq futbolçusu Dieqo Forlan karyerasını başa vurub.

Pressa xəbər verir ki, son iş yeri Honkonqun "Kitçi” klubu olan hücumçu 40 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Forlan karyerası ərzində İngiltərənin "Mançester Yunayted”, İspaniyanın "Atletiko”, İtaliyanın "İnter” kimi tanınmış klublarda çıxış edib.
SON XƏBƏRLƏR


Yuxarı