2019-08-08 11:22

Sumqayıtdakı zəncirvari qəzada beş nəfər xəsarət alıb

Sumqayıt yolunda zəncirvari qəzada beş nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Pressa-ya verilən məlumata görə, hadisə nəticəsində Respublika Klinik Xəstəxanasına beş nəfər müraciət edib.

Müraciət edənlər 41, 50, 58 yaşlı qadınlar və 23, 59 yaşlı kişilər olub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.
SON XƏBƏRLƏR


Yuxarı