2019-08-08 17:21

Azərbaycanda qurbanlıq üçün onlayn qoyun satılır

Qurban bayramı ilə əlaqədar qoyunları öncədən sifariş etmək mümkündür. 

Pressa.az xəbər verir ki, bunun üçün istənilən şəxs "Kənddən Şəhərə” yarmarkasının rəsmi saytına daxil olaraq, qeydiyyatdan keçə və istədiyi qoyunu sifariş edə bilər. 

12-13 avqust tarixində təşkil olunan yarmarkalarda qoyunlar çəkisindən asılı olaraq 160, 170, 180 AZN dəyərində təklif olunur. 

Qurbanlıq qoyunları əldə etmək üçün qeyd etdiyiniz tarix və saat intervalında seçilmiş məntəqədə olmaq tələb olunur. Satış məntəqəsinə gəldiyiniz zaman səlahiyyətli şəxsə yaxınlaşmalı və SMS vasitəsilə əldə etdiyiniz kodu təqdim etməlisiniz. 

Onlayn sifarişlər yalnız Bakı, Abşeron və Sumqayıt ərazilərindəki yarmarkalar üçün qəbul olunur. Sifarişlərin verilməsi üçün son tarix 9 avqust saat 23:59-dur.

Ümumilikdə "Kənddən Şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək.

SON XƏBƏRLƏR


Yuxarı