2019-08-09 10:54

Güclü yağış Bakı yollarında problemlər yaradıb

Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

Pressa xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb.

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. 

Bəzi ərazilərdə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
SON XƏBƏRLƏR


Yuxarı