2019-08-09 15:33

"BakuBus"un avtobusu avtomobillərlə toqquşub, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

Pressa-nın məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2 minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏRLƏR


Yuxarı