2019-08-10 11:26

"Liverpul"un əsas qapıçısı UEFA Super Kubokunda iştirak etməyəcək

İngiltərənin "Liverpul" klubunun əsas qapıçısı Alisson Beker "Çelsi" ilə qarşılaşacaqları UEFA Super Kuboku matçında iştirak etməyəcək. 

Pressa Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp Premyer Liqanın ilk turunda evdə "Norviç"i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra məlumat verib. 

Klopp deyib ki, 26 yaşlı qolkiperin zədəsinin ciddiliyini qiymətləndirməlidirlər: "Əlbəttə ki, bu bizim üçün çox xoşagəlməzdir. Alisson oyunu davam etdirə bilmədi. O, Super Kubok oyununda meydanda olmayacaq. Artıq bu dəqiqdir". 

Qeyd edək ki, "Norviç"lə matçın ilk hissəsində xəsarət alan Alisson Beker 39-cu dəqiqədə əvəzlənib. Avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki "Vodafon Arena”da keçiriləcək UEFA Super Kuboku Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Son mövsümdə "Liverpul” Çempionlar Liqasının, "Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.
SON XƏBƏRLƏR


Yuxarı