2019-09-03 12:05

PKK-nın daha bir önəmli adamı öldürüldü

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Hakurk bölgəsində PKK terror təşkilatının 5 üzvünü zərərsizləşdirib.

Pressa-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, məhv edilən terrorçulardan birinin qruplaşmanın Kandil və Hakurk bölgələri arasındakı gömrük və köçürmə məntəqəsinə rəhbərlik edən, "Kava Garzan” kod adlı Nedim Karakulak olduğu məlum olub.

Qeyd olunur ki, 1992-ci ildə PKK-ya qoşulan və adı "qırmızı siyahı”da olan Karakulak 2013-cü ildən axtarışda idi.
SON XƏBƏRLƏR


Yuxarı