2019-09-04 11:45

Bakıda polis şöbələrindən birinə yeni rəis təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Pressa-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib.

İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən "Report”a fakt təsdiqlənib. 
SON XƏBƏRLƏR


Yuxarı