2019-09-05 09:33

Bir qrup abonentin qazı kəsiləcək

Sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq. 
SON XƏBƏRLƏR


Yuxarı