2019-09-07 16:13

Dünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYU

Bu gün bütün MMA-sevərlərin diqqəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə olacaq.

Pressa.az xəbər verir ki, rusiyalı (dağıstanlı) Həbib Nurməhəmmədov UFC-nin yüngül çəkisində çempionluq kəmərini qorumaq üçün müvəqqəti çempion amerikalı Dastin Puarye ilə qarşılaşacaq.

30 yaşlı Həbib bugünədək MMA-da 27 döyüş keçirib və hamısında qalib gəlib. Onun həmyaşıdı Puarye isə 25 döyüşdən yalnız beşində uduzub. Həbib çempionluq kəmərini ötən ilin aprelində əldə edib. Həmin vaxt amerikalı Al Ayakvinta ilə döyüşdən sonra hakimlərin yekdil qərarı ilə qələbə Həbibə verilib. Daha sonra oktyabrda Həbib titulunu irlandiyalı Konor Makqreqorla döyüşdə qoruya bilib.
SON XƏBƏRLƏR


Yuxarı