2019-09-13 14:21

Əhməd Davudoğlu AKP-dən istefa verdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Pressa.az bildirir ki, o, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

O, AKP üzvülüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: "Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.
"Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: "Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı