2019-09-17 13:30

Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Pressa.az Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
SON XƏBƏRLƏR


Yuxarı