2019-10-02 09:53

Pxenyan daha iki raket sınağı həyata keçirib

KXDR Yaponiya dənizinə doğru iki ballistik raket sınağını həyata keçirib. Onlardan biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

Pressa xəbər verir ki, bu barədə Tokioda keçirilmiş mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

Bildirilir ki, bununla bağlı olaraq Yaponiyada baş nazir Sindzo Abenin, həmçinin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərlərinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclasını çağırılıb.

"Şimali Koreyanın atdığı iki raketin ətrafında yaranmış vəziyyətlə əlaqədar və gələcək addımları müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırmışıq. Baş nazir Abe mövcud olan bütün məlumatları toplamaq, gəmilərin və təyyarələrin təhlükəsizliyini təmin etmək barədə əmr verib”, - Suqa belə deyib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR 900 km yüksəkliyə doğru bir raket buraxıb və çox güman ki, həmin raket iki hissəyə ayrılıb. Koreya Respublikası Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, atışlar ölkənin şərq sahilindəki Vonsan liman bölgəsindən həyata keçirilib.

SON XƏBƏRLƏR


Yuxarı