2019-10-05 12:08

Erməni əsgər Azərbaycanla sərhəddə yaralandı

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi qulluqçu Armen Çaxmaxçyan yaralanıb.

Pressa-nın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, hadisə Tavuş rayonunun Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verib.
Çiynindən yaralanan əsgər hospitala aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, A.Çaxmaxçyan müqaviləli şəkildə hərbi xidmət keçirmiş.
SON XƏBƏRLƏR


Yuxarı