2019-10-07 10:09

''Azərişıq'' istehlakçılara güclü küləyin olacağı xəbərdarlığını edib

''Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektirik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün ''Azərişıq'' ASC öncəliyi tədbirlər görür''.

 Bunu açıqlamasında Pressa-ya qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.Onun sözlərinə görə,səhmdar cəmiyyətin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzalarınqarşısını almaq üçün əlavə texnika və canlı qüvvə edib: ''Qarşıdakı 3saat erzində Şimal bölgəsində ,Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33m/s çatacağı ilə bağlı məlumat eldə etmişik. Hazırda eməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir.Əməkdaşlarımız bütün əlavə maı-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq''.
SON XƏBƏRLƏR


Yuxarı