2019-10-07 17:29

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda 12 ağac aşıb.

Bu barədə Pressa.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Orxan Məmmədov bildirib ki, 20-dən çox ağacın isə budaqları sınıb:

"Hadisələr Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında baş verib”.

Şöbə rəisi əlavə edib ki, paytaxtın iki ərazisində ağac maşının üstünə düşüb:

"Hadisələr Səbail və Nizami rayonlarında qeydə alınıb. Hər ikisi normal bioloji inkişafda olan sağlam ağaclar olub”.
SON XƏBƏRLƏR


Yuxarı