2019-10-07 17:34

Bu gün ən güclü külək Sumqayıtda əsib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan məlumatına görə şimal-qərb küləyinin sürəti Sumqayıtda saniyədə 34 metr olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlunata görə, Bakıda küləyin sürəti 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.
SON XƏBƏRLƏR


Yuxarı