2019-10-07 17:54

Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb - FOTO

Londonda Azərbaycan dilində tədris verən "Bilik” məktəbinin açılışı olub.

Pressa-nın London bürosunun verdiyi xəbərə görə, açılışda Londonda yaşayan azərbaycanlı Aynur Hüseynova bu təşəbbüslə Britaniya paytaxtında yaşayan azərbaycanlı valideynlərin çıxış etdiyini deyib: "Biz istədik ki, uşaqlarımız vətənlərindən uzaqda yaşamalarına baxmayaraq, ana dillərində öyrənmək, sevmək, öz tarixləri, mədəniyyətləri ilə yaxından tanış olmaq imkanına sahib olsunlar”.

Qeyd edək ki, 4 yaşından etibarən uşaqlar "Bilik” məktəbinə yazıla biləcək. Dərslər həftənin bazar günləri keçiriləcək. "Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.
SON XƏBƏRLƏR


Yuxarı